Məzmuna keç

Yevlaxda arvadını öldürmək istəyən şəxsin ibtidai istintaqı başa çatdı

Yevlaxda arvadını öldürmək istəyən şəxsin ibtidai istintaqı başa çatdı

Yevlaxda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Murad Bukavadzenin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il aprelin 20-də Yevlax şəhəri Bakı prospekti 31 ünvanında yerləşən şəhər avtovağzalda baş verib. Belə ki, 1977-ci il təvəllüdlü M.Bukavadze 1992-ci il təvəllüdlü Leyla Bukavadzeni qısqanclıq zəmnində bıçaqlayıb. Çoxsaylı bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olunub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan M.Bukavadze barəsində 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.