Məzmuna keç

Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”.

E-huquq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı deyib.

Sədr müavini bildirib ki, pandemiya dövründə 6 dəfə vətəndaşlara 190 manat birdəfəlik ödənişlər edilib:

“Hazırda ölkədə vəziyyət normala düşdüyündən ödəmənin verilməsi dayandırılıb. Birdəfəlik ödənişin yenidən verilməsi Nazirlər Kabinetinin qəbul edəcəyi qərardır”.