Məzmuna keç

“Gül kələmi”nin içərisində külli miqdarda xarici valyuta aparan şəxs Ali Məhkəməyə müraciət etdi

“Gül kələmi”nin içərisində külli miqdarda xarici valyuta aparan şəxs Ali Məhkəməyə müraciət etdi

Qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Nurmaqomed Karanaevin barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəməyə müraciət edən şəxs ona daha yüngül cəza verilməsini istəyir.

Şikayət hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına “Gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib. Həbs edilən N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Karanaev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Karanaevin apellyasiya şikayəti təmin edilib və onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 8 aya endirilib.