Məzmuna keç

Hesablama Palatasının hüquqlarından biri ləğv edildi

Azərbaycan Hesablama Palatasının hüquqlarından biri ləğv edilib.

Azərbaycan Hesablama Palatasının hüquqlarından biri ləğv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Hesablama Palatası haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda göstərilib.

Prezidentin qərarı ilə “Hesablama Palatası haqqında” Qanununun 8.0.13-cü maddəsi ləğv edilir.

Bu isə Hesablama Palatasının qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək hüququnun ləğv edilməsi deməkdir.