İyul ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənilməsi vaxtı məlum olub.
E-huquq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, iyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.
