Məzmuna keç

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı

Son 6 ay ərzində Azərbaycana 12 813 şəxs daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, Rusiya, Gürcüstan və Türkiyə ən çox əcnəbi gələn ölkələr sırasındadır. V.Hüseynov qeyd edib ki, hazırda ölkədə yaşayan 127 min əcnəbi var. Bu şəxslər Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrdəndir.

Ölkədə daimi yaşamaq üçün 33,3 % faiz artım olub.