Məzmuna keç

Daha bir marşrut xətti “BakıKart”a keçir

Sabahdan 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsini – "Memar Əcəmi" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

E-huquq.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

– Dairəvi, Binəqədi qəs. (Binəqədi rayonu);

– 4-cü məhəllə,Biləcəri qəs. (Binəqədi rayonu);

– Asəf Zeynallı, döngə 1/1 (Binəqədi rayonu);

– Xaqani küç, Biləcəri qəs. (Binəqədi rayonu);

– Əhməd Qasımov küç (Binəqədi rayonu);

– Yəhya Hüseynov 16 (Binəqədi rayonu);

– Rəşid İsmayılov 56 (Binəqədi rayonu);

– Asif Məhərrəmov 1 (Nəsimi rayonu);

– Asif Məhərrəmov 76A (Nəsimi rayonu).