Məzmuna keç

DİN kriminal avtoritetin qətli ilə bağlı rəsmi məlumat yayıb

DİN kriminal avtoritetin qətli ilə bağlı rəsmi məlumat yayıb

Daxili İşlər Nazirliyi paytaxtda baş verən qətllə bağlı açıqlama yayıb.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, qətl hadisəsi mayın 9-da, saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində baş verib.

Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 54-cü (intizam xarakterli hərbi hissədə saxlama), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə görə məhkum olunmuş Həsən Tağıyev münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunmuş Emin Səfərova bıçaqla xəsarət yetirməsi və Emin Səfərovun hadisə yerində ölməsi barədə 7-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtrış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Həmzə Tağıyev tutulub.

Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanınırmış.