Məzmuna keç

DİN-dən dəhşətli qəza ilə bağlı – AÇIQLAMA

DİN-dən dəhşətli qəza ilə bağlı - Açıqlama 

Daxili İşlər Nazirliyi ötən gün paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, avqustun 2-də saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla toqquşub.

Nəticədə Ə.Abasov hadisə yerində ölüb, E.Xasıyevin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.