Məzmuna keç

DİN Hövsandakı ağır qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Hövsan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Hövsan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən e-huquq.az-a bildiriblər ki, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun və N.Həşimovun idarə etdikləri “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.