Məzmuna keç

Vilayət Eyvazovdan növbəti TƏYİNAT

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator vəzifəsinə təyinat olub.

E-huquq.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Qeyd edək ki, V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.

Mənbə: APA