Məzmuna keç

Sənan Hacıyevin iştirakı ilə vəkillər üçün təlim keçirilib

Vəkillər üçün növbəti ixtisasartırma təlimi keçirilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlıq çərçivəsində vəkillər üçün “Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda onlayn qaydada növbəti ixtisasartırma təlimi təşkil edilib.

Təlimdə təlimçi qismində Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, cənab Sənan Hacıyev iştirak edib.