"AZGRANATA” MMC-nin istehsal etdiyi alkoqollu və alkoqolsuz içkilər dünyanın otuza yaxın ölkəsinə ixrac edilir. Bu ölkələr sırasında olan Ukraynada da son zamanlar "AZGRANATA" məhsullarına olan təlabat artmaqdadır.
E-huquq.az-ın məlumatına görə, bunu “AZGRANATA” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli bildirib. Verilən məlumatlarda qeyd edilib ki, Cənubi Qazfqazın ən qabaqcıl zavodlarından olan AZGRANATA, istehsal etdiyi təbii meyvə şirələrini, kompotlarını, tamamilə fərqli texnologiyalarla emal edilən premium vodkalarını, bir neçə çeşiddə meyvə araqlarını, üzümdən, nardan və heyvadan hazırlanan şərablarını, türklərin milli alkoqollu içkisi olan rakını, viski və konyak məhsullarını Ukraynaya ixrac edir.
Qeyd edilən AZGRANATA məhsulları Ukraynada bütün şəbəkə marketlərdə geniş yer alır. Həmçinin Ukraynanın paytaxtı Kiyev şəhərinin Sribnokilskaya küçəsində fəaliyyət göstərən İnSilver ticarət mərkəzinin birinci mərtəbəsində AZGRANATA şirkətininin firma mağazası var. Bununla yanaşı Ukrayna ərazisində müxtəlif onlayn satış platformaları üzərindən sifariş qəbul edilərək satış olunur.
Şirkət rəsmisi bildirir ki, yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı satışı ilə ölkəmizə xarici valyutanın gətirilməsində azda olsa əməyimizin olması bizi sevindirir və daha böyük uğurlara doğru həvəs yaradır.
