Məzmuna keç

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Xaçmazda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətin in (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

E-huquq.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Xaçmaz rayonu, Maqsudkənd kəndində təşkil olunacaq.

Noyabrın 2-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.