Məzmuna keç

Nikahın pozulmasına görə rüsumlar artırılır

Nikahın qeydə alınması və pozulmasına görə olan rüsumlar da artırılır.

E-huquq.az xəbər verir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi təklif olunur. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında olan boşanmaya görə dövlət rüsumu 20 manata qaldırılır. Hazırda bu maddə üzrə rüsum 15 manatdır.

Nikahın qeydə alınması üçün dövlət rüsumu isə 5 manatdan 10 manata qaldırılır.