Məzmuna keç

Prezident İlham Əliyev fərman imzaladı

Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”də dəyişiklik edilib.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırılıb.

Dəyişikliyə əsasən, dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri sırasına daxil edilib.