23.10.2026
Spiker: “İnsan hüquq və azadlıqlarının təmin edilməsi Prezidentin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”
Qanunvericilik

Spiker: “İnsan hüquq və azadlıqlarının təmin edilməsi Prezidentin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”

Noy 5, 2021

“İnsan hüquq və azadlıqlarının təmin edilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”.

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 2003-cü ildən bu vaxta qədər müxtəlif amnistiya və əfv sərəncamları verilib: “Zəfər Günü ilə əlaqədar da Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə amnistiya elan edilməsi haqqında qərar layihəsi daxil olub”.