Məzmuna keç

Nərimanovda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərildi –

Vəkillər Kollegiyası tərəfindən aztəminatlı şəxslərə yüksək ödənişsiz hüquqi xidmətlərin göstərilməsi davam etdirilir.

E-huquq.az-ın məlumatına görə, bu dəfə Nərimanov rayonu İkinci Seçki Dairəsinin ərazisində yaşayan vətəndaşlara hüquqi yardım göstərilib. Ərazidə yaşayan şəhid ailəsi üzvü və qazilərdən təxminən 50 nəfərin müraciətinə baxılıb. Vəkillər Kollegiyasının üzvləri müvafiq məsləhətlər veriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətləri göstərilməsi tövsiyə edilib. Tövsiyənin icrası ilə əlaqədar müvafiq olaraq regionlarda da müntəzəm olaraq təşkil edilir.