Türkiyə Vəkillər Kollegiyasının sədrliyinə seçkilər keçirilib.
E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri 26 səs çoxluğu ilə indiki Ankara Vəkillər Kollegiyasının sədri Erinç Sağkan seçilib.
Qeyd edək ki, 4-5 dekabrda Türkiyə Vəkillər Kollegiyasınının 36-cı fövqəladə iclasında keçirilən seçkilərdə indiki sədr Metin Feyzioğlu ilə E.Sağkan yarışıb.
348 nümayındənin səs verdiyi seçkidə E.Sağkan 182, M.Feyzioğlu 156 səs toplayıb. 10 səs isə etibarsız sayılıb.
