Məzmuna keç

Gəncədə qəza nəticəsində 16 yaşlı sürücü və 13 yaşlı piyada öldü

Gəncədə qəza nəticəsində ölənlərin və xəsarət alanların adı bəlli olub.

E-huquq.az xəbər verir ki, sürücü 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan Namiq oğludur.

Ölən piyada İbrahimova Nazlı Elşad qızının isə 13 yaşı olub.

Xəsarət alanlar aşağıdakılardı:

2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu

2004-cü il təvəllüdlü Bayramov İlkin

2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu

***

Gəncədə baş verən ağır qəzanın təfərrüatları bəlli olub.

E-huquq.az xəbər verir ki, sürücü avtomobillə yol kənarında azyaşlını vurduqdan sonra idarə etməni itirib, maşın ağaca çırpılıb.

Qəza nəticəsində piyada uşaq və sürücü həyatını itirib.

***

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ağaca çırpılıb. Qəza zamanı 2 nəfər ölüb və daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.