Məzmuna keç

Cəzaçəkmə müəssisəsində ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək

Vəkillərin peşə bayramı münasibəti ilə ödənişsiz hüquqi yardım aksiyası keçirələcək.

E-huquq.az xəbər verir ki, Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində “Vəkil günü” peşə bayramı münasibəti ilə 23 dekabr 2021-ci il tarixində saat 10:00-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində ödənişsiz hüquqi yardım aksiyasının həyata keçirilməsi nəzərdə tutulub.

Aksiyada iştirak etmək istəyən vəkillər 21 dekabr 2021-ci il tarixindən gec olmayaraq Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Əlaqələndirici şəxs: Vəkil Nurəngiz Qarayeva (tel. 012-594-99-85, 050-710-06-06)