22.10.2026
Terrorçuluqda ittiham olunan daha iki Ermənistan vətəndaşının məhkəməsi başladı
Məhkəmə

Terrorçuluqda ittiham olunan daha iki Ermənistan vətəndaşının məhkəməsi başladı

Dek 17, 2021

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı – Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.