Bakıda təcili tibbi yardım avtomobili qəzaya düşüb.
E-huquq.az ONA-ya istinadən xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
