Məzmuna keç

“Digər peşə sahiblərinə tətbiq edilən güzəştlər vəkillərə də şamil olunmalıdır” –

Vəkillərin pensiya təminatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib.

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, vəkillərin pensiya təminatı ilə bağlı problemlər olduğunu bildirib: "Bilirsiniz ki, qanunvericilikdə prokurorluq, məhkəmə və sair orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulur. Lakin təəssüf ki, vəkillər bu yanaşmadan kənarda qalıb. Bu da bir sıra çətinliklər yaradır. Hesab edirəm ki, digər peşə sahiblərinə tətbiq edilən güzəştlər vəkillərə də şamil olunmalıdır. Biz bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanlamışıq. Ümid edirik ki, müraciətimiz müsbət istiqamətdə öz həllini tapacaq".

Xəyalə Bünyatova