Məzmuna keç

“Azərbaycanda qanunlara söykənən, haqq və ədaləti hər şeydən uca tutan vəkillik institutu formalaşıb”

“Məhkəmə-hüquq sistemində vəkillik institutu xüsusi yer tutur”.

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

O bildirib ki, son illər vəkillik institutunun nüfuzunun artırılması üçün mühüm işlər görülüb: "Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları öz müsbət nəticələrini verməkdədir. Ədalət mühakiməsinin həyata keçirilməsində vəkillik institutunun oynadığı rolu nəzərə alsaq, etiraf etmək lazımdır ki, Azərbaycanda son illər bununla bağlı ciddi addımlar atılır. Həqiqətən müstəqil, Azərbaycan qanunlarına söykənən, ədaləti, haqqı hər şeydən uca tutan vəkillik institutu formalaşıb”.

F.Ağamalı “Vəkil günü” münasibətilə bütün vəkilləri təbrik edib: “Arzu edirəm ki, Vəkillər Kollegiyasının sədri, dəyərli dostumuz Anar Bağırov başlamış olduğu işi bu cür də davam etdirsin. O, vəkilliyin inkişafı üçün ciddi təməllər qoyub və üstün təcrübəyə söykənərək işi çox ədalətli aparır. Vəkillərin bundan sonra da ədalətə, haqqa, Azərbaycan qanunlarına söykənərək vətəndaşları sona qədər müdafiə etməyi bacarmasını və vəkillik institutunun daha da inkişaf etməsini arzulayıram”.

Xəyalə Bünyatova