Məzmuna keç

Azərbaycanda daha 113 yeni vəkil and içdi

Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, mərasimdə 113 nəfər yeni namizəd and içib.

Onlara yeni nəsil VK üzvünün vəsiqəsi təqdim edilib.

Bununla da ölkədəki vəkillərin sayı 2 132 nəfərə çatıb.