Daxili İşlər Nazirliyi Biləsuvar rayonunda baş verən qəza ilə bağlı açıqlama yayıb.
E-huquq.az xəbər verir ki, Bakı şəhər sakini S.Fərəczadə idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı maneəyə vurub aşırmışdır. Nəticədə sərnişinlərindən oğlu Səfər və qardaşı oğlu Riad Hüseynov hadisə yerində ölüb, sürücü və digər sərnişini olan 2 qızı, Günel Hüseynova və onun oğlu xəstəxanaya yerləşdirilib, G.Hüseynova orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
10.41
Daxili İşlər Nazirliyi (DİN) Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
E-huquq.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev "Report"a açıqlamasında bildirib ki, qəzanın zəncirvari şəkildə baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Avqustun 30-da saat 20 radələrində Ələt-Astara yolunun 80-ci kilometrliyində, Biləsuvar rayonunun ərazisində Bakı şəhər sakini Səadət Fərəczadənin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb. Nəticədə sərnişinlərdən ikisi – S.Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynov hadisə yerində ölüb. Sürücü ilə birlikdə daha 4 sərnişin – sürücünün qızları – Nigar və Fidan, həmyerliləri Günel Hüseynova və onun azyaşlı oğlu Rafiq Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. G.Hüseynovanın vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb”.
****
09.41
Biləsuvarda ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Bakı-Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Fərhadzadə Sədaqət Babalı qızı "Hyundai" markalı avtomobildə idarəetməni itirib, yolun kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, 2006-cı il təvəllüdlü Fərhadzadə Səfər Fərəc oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu və Günel Hüseynova hadisə yerində dünyasını dəyişib. Sürücü S.Fərhadzadə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan digər iki sərnişin, 1998-ci il təvəllüdlü Fərəczadə Nigar Sərəc qızı və 2001-ci il təvəllüdlü Fərəczadə Fidan Sərəc qızına Cəlilabad raron Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Trend
