Məzmuna keç

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.