Məzmuna keç

Son 4 ildə 18 vəkilin Kollegiyadan kənarlaşdırılması üçün məhkəmədə iddia qaldırılıb

“Son 4 il ərzində 134 intizam işi üzrə vəkillərə intizam tənbehinin verilməsi barədə qərarlar qəbul edilib”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” layihəsində qonaq olarkən deyib.

O bildirib ki, 18 vəkilin Vəkillər Kollegiyasından xaric edilməsi barədə məhkəmədə iddia qaldırılıb, 56 vəkilə töhmət verilib, 26 vəkilin isə fəaliyyətinin müəyyən müddətə dayandırılması barədə qərar qəbul edilib.

“Vəkillər barədə daxil olan hər bir müraciət tam şəffaf şəkildə araşdırılır və müvafiq addımlar atılır. Bizim istəyimiz odur ki, vəkillər pozuntu hallarına yol verməsin, vətəndaşların hüquqlarını yüksək səviyyədə müdafiə etsin”, – deyə sədr qeyd edib.