Məzmuna keç

Məktəbdə I sinif şagirdini cərəyan vuraraq öldürdü

Cəlilabadda məktəbdə şagirdi elektrik cərayanı vuraraq öldürüb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərayanı vurub.

Belə ki, həmin məktəbin 1-ci sinif şagirdi Zeynalov Hüseyn Yaşar oğlunu məktəbin həyətində elektrik cərayanı vurub.

Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.