Məzmuna keç

Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edildi

Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elnur Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.