Məzmuna keç

Sabirabadda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib –

Fevralın 14-də Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi ilə YAP Sabirabad rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün növbəti “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilib.

E-huquq.az xəbər verir ki, görüşdə 62 vətəndaşın 68 müraciətinə baxılıb. Baxılmış müraciətlərlə bağlı şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı mediasiya qurumlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Bundan əlavə, pulsuz hüquqi yardımı həyata keçirmiş “Pro Bono” vəkil bürosunun vəkilləri Araz Həsənov, Bəylər Məmişov və Elcan Həsənli vətəndaşların ərizə və şikayətlərini nəzarətə götürüb və icraata qəbul edib.