Salyan rayonunda baş verən yol qəzasında yaralılardan birinin şəxsiyyəti məlum olub.
E-huquq.az xəbər verir ki, bu, Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızıdır.
Digərlərin də şəxsiyyəti dəqiqləşdirilir.
Yaralılardan birinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı ölən şəxsinin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
09:22
Salyanda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasl baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçə hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes Sprinter” markalı avtomobilin “KamAZ” markalı yük maşınına çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
