Məzmuna keç

Prezident Nərimanov rayonuna yeni icra başçısı təyin etdi

Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, E.Həbibullayev bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsində çalışıb.