Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada təlimlər keçiriləcək.
E-huquq.az-ın məlumatına görə, 10 Mart 2022-ci il tarixində saat 10:00-11:00-da “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusu üzrə keçiriləcək təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sevda Məhərrəmova təlimçi qismində, 18 mart 2022-ci il tarixində saat 15:00-16:00-da “Uşaqların onlayn cinsi istismarı kibercinayətinə qarşı mübarizə” mövzusu üzrə keçiriləcək təlimdə isə təlimçi qismində Vəkillər Kollegiyasının üzvü Asif Mustafayev iştirak edəcək.
Təlimdə iştirak etmək istəyən vəkillər Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Əlaqələndirici şəxs – Vəkil Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)

