Azərbaycan vəkilləri Ukrayna Milli Vəkillər Assosiasiyası (NAAU) ilə birgə Ukraynada hərbi təcavüzə məruz qalan vəkillərə dəstək üçün pul toplayır.
E-huquq.az xəbər verir ki, bu barədə NAAU-nun rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, NAAU-nun sədri Lidiya İzovitova Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə saxlayıb.
Danışıq zamanı Azərbaycan Vəkillər Kollegiyasının hərbi təcavüz zamanı xəsarət alan vəkillərə kömək məqsədilə NAAU-ya paylanacaq ianə aksiyası barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, NAAU-da vəkillərə kömək etmək üçün xeyriyyə fondu yardılıb.
