Məzmuna keç

Dövlət Komitəsinin sədri çağırış etdi: “Azərbaycan qadınları vəkillik peşəsini seçsinlər”

"Azərbaycanda vəkillərin yetərli olmadığı barədə fikirlər var. Bu, həqiqətən belədir. Ancaq dövlətimiz və Vəkillər Kollegiyası bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçiriblər, problemlər artıq aradan qalxmaqdadır".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Biz vəkillik sahəsinə daha çox qadınların cəlb olunmasını arzu edirik. Məqsədimiz həm də qadınların vəkillik sahəsində fəaliyyətinin genişlənməsinə diqqəti yönəltməkdir. Buradan çağırış etmək istəyirəm ki, Azərbaycan qadınları peşə seçimi qarşısında qalarkən hüquq sahəsini, xüsusilə də vəkillik sahəsini seçsinlər. Çünki buna ciddi ehtiyac var. Nəzərə alaq ki, ailədaxili problemlərdə insanlar xüsusilə qadın vəkillərə müraciət etmək istəyirlər. Ona görə də bu sahədəki boşluqları aradan qaldırmaq üçün fəaliyyət göstərəcəyik", – deyə komitə sədri qeyd edib.

Xəyalə Bünyatova