Martın 5-də Milli Məclisin sədri Sahibə Qafarovanın, o cümlədən Milli Məclisin deputatları – Kamran Bayramovun, Nurlan Həsənovun, Nizami Səfərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Gəncə və Şəmkir Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.
E-huquq.az xəbər verir ki, bununla əlaqədar Şəmkir, Şəmkir-Daşkəsən, Samux-Şəmkir və Şəmkir kənd seçki dairələrinin əhatə etdiyi ərazilərdə yaşayan aztəminatlı sakinlər hüquqi yardım aksiyası ilə bağlı Şəmkir rayon Heydər Əliyev Mərkəzinə yaxınlaşa bilərlər.
Tarix: 5 mart 2022-ci il, saat 13:00.
Məkan: Şəmkir rayon Heydər Əliyev Mərkəzi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5).
Bu kimi tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Vəkil Nurəngiz Qarayeva (tel.: 012 594 99 85, 050 710 06 06).
