Məzmuna keç

Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğu həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı

Ukraynanın Xarkov vilayətində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi məlum olub.

Bu barədə Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.

Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib.

Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.