Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup qadını “Tərəqqi” medalı ilə təltif edib.
E-huquq.az xəbər verir ki, təltif olunan qadınlar arasında vəkillər də var.
Belə ki, “Tərəqqi” medalı ilə təltif edilən Ağayeva Lyubov Aleksandrovna, Alızadə Sevinc Əsgərxan qızı və Əfrasiyabova Dilarə Paşa qızı Vəkillər Kollegiyasının üzvüdür.
Qeyd edək ki, L.Ağayevə 45, D.Əfrasiyabova 40 illik vəkillik təcrübəsinə malikdir.
S.Alızadə isə Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıdır. O, eyni zamanda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir.
