Avropa Şurasının Azərbaycan Ofisi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində Vəkillər Kollegiyasının üzvləri və Azərbaycanlı gənc hüquqşünaslar üçün məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyini mövzusunda iki yarımgünlük onlayn təlim təşkil edəcək.
E-huquq.az xəbər verir ki, 12 mart 2022-ci il tarixli təlim saat 12:00-16:00, 13 mart 2022-ci il tarixli təlim isə saat 14:00-18:00-da onlayn qaydada beynəlxalq və yerli mütəxəssislər tərəfindən aparılacaq. Təlimdə beynəlxalq məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyinə dair hüquqi standartlar tədris olunacaq.
Təlim yenicə hüquqi fəaliyyətə başlamış və hüquq sahəsində müəyyən fəaliyyətləri olan gənc Azərbaycanlı hüquqşünaslar və vəkillər üçün nəzərdə tutulub.
Təlim Azərbaycan dilinə tərcümə ilə(və əksinə) ingilis dilində keçiriləcək.
Təlimdə iştirak etmək arzusunda olan Vəkillər Kollegiyasının üzvləri və hüquqşunaslar Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Əlaqələndirici şəxs – Vəkil Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)
