Məzmuna keç

Yevlaxda növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcək

Martın 12-də Yevlax və Mingəçevirdəki Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, aksiya Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin, o cümlədən deputat İlham Məmmədovun təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirləcək.

Aksiya saat 11:00-da başlayacaq.

Ünvan: Yevlax şəhər Heydər Əliyev Mərkəzi (Yevlax şəhər Nizami pr. 61)

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (Telefon: 012 594 99 85, 050 340 09 81).

Qeyd edək ki, bu kimi tədbirlərin Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.