Bu gün Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə “I Vəkil Kuboku” keçirilib.
E-huquq.az xəbər verir ki, vəkillər arasında intellektual oyunların təşviq edilməsi və onların intellektual bacarıqlarının nümayiş etdirilməsinə şərait yaradılması məqsədilə təşkil olunan yarışda 22 komanda iştirak edib.
Yarışın nəticələrinə görə, "BM-Prospekt komandası" “I Vəkil Kuboku”nun qalibi olub.
"Femida komandası" 2-ci, "Ədalət komandası" isə 3-cü yerdə qərarlaşıb.
