Məzmuna keç

Vəkil: “Polis araşdırma apardı, maşınımdan oğurlanan mantiya tapıldı”

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nizami Əliyevin avtomobilinə hücum edilib. Maşının şüşəsi sındırılaraq içərindən sənədlər və vəkilə məxsus mantiya oğurlanıb.

N.Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Bölməsi tərəfindən araşdırma başlanılıb.

"Polis əraziyə baxış keçirib. Maşınımdan oğurlanan mantiya tapılıb. Hadisəni törədən şəxs götürdüyü mantiyanı yaxınlıqdakı əraziyə atıbmış", – deyə o qeyd edib.

Vəkil hadisəni törədən şəxsin kimliyinin müəyyən olunması ilə bağlı araşdırmanın davam etdiyini deyib.