Məzmuna keç

Füzulidə mülki şəxs yük maşını ilə minaya düşüb –

Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.

E-huquq.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.

Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Füzulidə mülki şəxs yük maşını ilə minaya düşüb (ƏLAVƏ OLUNUB) (FOTO)

***

Füzulidə mülki şəxs minaya düşüb.

E-huquq.az-ın məlumatına görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb, nəticədə ağır bədən xəsarətləri alıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda həmin faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.