Məzmuna keç

Baş Prokurorluq Ağdamda buldozerin minaya düşməsi ilə bağlı məlumat yaydı

Martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, nəticədə traktora maddi ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.