Məzmuna keç

Azərbaycanda məktəb binası çökdü: Ölənlər var –

Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus binanın çökməsilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində bir neçə şəxsin öldüyü bildirilib.

E-huquq.az-ın xəbərinə görə, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yeni inşa olunan məktəb binasında baş verib:

“Ölən və yararlanan var. Amma onlar məktəb şagirdləri deyil. Çünki məktəb istifadəyə verilməyib”.