Məzmuna keç

Lavrov: “Ukraynanın təkliflərinə cavab hazırlayırıq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqlarda irəliləyiş olduğunu deyib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Lavrov bu barədə hindistanlı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

"Danışıqlarda irəliləyiş var, biz Ukraynanın təkliflərinə cavab hazırlayırıq. Krım və Donbassla bağlı daha çox anlaşmanın şahidi olduq", – deyə o qeyd edib.

Xatırladaq ki, martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutub. Dolmabaxça sarayında mətbuata qapalı keçirilən görüş təxminən üç saat davam edib.

Rəşid Qarayev