Məzmuna keç

Prezident İlham Əliyev Vahid Əhmədovu təltif etdi

Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, V.Əhmədov Milli Məclisin deputatıdır. Sabah onun 75 yaşı tamam olur.