"Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək: "Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınacan davam edəcək. Biz ekspertləri dinləyib noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik".
Mənbə: Report
